Qurana lağ edən türk komediyaçı ölkədən qaçıb? - İstintaq başladıldı
Türkiyəli komediyaçı Deniz Göktaşın stand-up proqramında Qurani-Kərim və İslam inancındakı vəhy anlayışı ilə bağlı səsləndirdiyi ifadələr qalmaqal yaradıb.
SAVASHMEDİA.az xəbər verir ki, çıxışı zamanı müqəddəs kitabları müqayisə edən komediyaçı istehzalı zarafatlar edib.
O, Qurani-Kərimi "dördüncü kitab" adlandıraraq onun "tərcüməsinin zəif olduğunu" deyib, eyni zamanda İslam inancında Quranın son ilahi kitab olması anlayışını və vəhy prosesini lağ obyektinə çevirən ifadələr işlədib.
Sosial şəbəkələrdə geniş tənqid olunan çıxışdan sonra İstanbul Baş Prokurorluğu Deniz Göktaş barəsində "xalqın dini dəyərlərini açıq şəkildə aşağılama" maddəsi ilə istintaq araşdırmasına başlayıb.
Bundan sonra komediyaçının ölkədən qaçdığı barədə iddialar yayılsa da, Göktaş bunu təkzib edib.
O, "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada əvvəlcədən planlaşdırdığı istirahət üçün xaricə getdiyini bildirib və hüquqi prosedur Türkiyədə olmasını tələb edəcəksə, ilk reyslə geri dönəcəyini açıqlayıb.
Oğuz