Yaraları sağaldır, sızanaqları təmizləyir... - Bal
Bal həm xalq təbabətində, həm də müasir təbabətdə geniş istifadə olunur.
SAVASHMEDİA.az balın faydalarını təqdim edir:
İmmuniteti gücləndirir
Balın tərkibindəki antioksidantlar və antibakterial maddələr immun sistemini möhkəmləndirir.
Soyuqdəymə və öskürəyə qarşıdır
Bal boğazı yumşaldır, öskürəyi azaldır və soyuqdəymə simptomlarını yüngülləşdirir. Xüsusilə limonla və ya isti su ilə qarışdırıldıqda daha təsirli olur.
Yaraların sağalmasını sürətləndirir
Antibakterial xüsusiyyətləri sayəsində bal dəridəki yaraların və yanıqların sağalmasına kömək edir
Həzm sisteminə faydalıdır
Mədə turşusunu tarazlayır, bağırsaq florasını qoruyur və qəbizliyi yüngülləşdirir.
Enerji mənbəyidir
Təbii şəkərlər (qlükoza və fruktoza) sayəsində tez enerji verir. Xüsusilə idmançılar üçün faydalıdır.
Ürək sağlamlığını dəstəkləyir
Qan dövranını yaxşılaşdırır, xolesterin səviyyəsini tarazlayır.
Dərini nəmləndirir və yumşaldır
Maskalarda istifadə edildikdə dərini nəmləndirir və qidalandırır.
Sızanaqlara qarşı mübarizə aparır
Antibakterial təsiri ilə sızanaqlara qarşı effektivdir.
Banu