Zelenskidən ABŞ əleyhinə inanılmaz sözlər - "Bu məxfi söhbət idi, hər kəsə danışdılar"

“Ukraynanın qələbə planının qapalı əlavəsində yer alan raketlərlə bağlı müraciətinin bu yardım göstərilmədən dərc edilməsi müttəfiqlərin qətiyyətsizliyindən və qərarı ertələmək cəhdlərindən xəbər verir”.

Oct 31, 2024 - 16:46
Zelenskidən ABŞ əleyhinə inanılmaz sözlər - "Bu məxfi söhbət idi, hər kəsə danışdılar"

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Zakarpatiyanın ərazi icmaları və vilayətlərinin rəhbərləri ilə görüşü zamanı Ukrayna prezidenti Volodimir Zelenski deyib. 

“İstənilən plan dəstəklənəndə güclü olur. Raketlərlə bağlı plandakı məxfi əlavələrin bəzi təfərrüatlarını açıq şəkildə söyləmək istəyirsənsə, o zaman əvvəlcə “verirəm” sözünü de, sonra hər kəsə bu barədə danış. Çünki tərəfdaşlardan biri əvvəlcədən əlavədə nə olduğunu söyləyəndə, bu, o deməkdir ki, o, həqiqətən nəyisə vermək istəmir və bununla da qərarı ertələyir”, - deyə Ukrayna dövlət başçısı vurğulayıb.

Zelenski qeyd edib ki, tərəfdaşları qələbə planından bəzi mesajları xaricdəki informasiya məkanında verməyə başlayıblar. 

“Düzünü desəm, mən bunu o qədər də dəstəkləmirəm”, - deyə o, əlavə edib. 

Qeyd edək ki, İslandiyada səfərdə olarkən Zelenski qələbə planında ölkəsinin uzaqmənzilli silahlarla, xüsusən də “Tomahavk” qanadlı raketlərlə təmin olunmasının əks edildiyini təsdiqləyib. 

“Amma bu, Ukrayna ilə Ağ Ev arasında məxfi məlumat idi”, - deyə prezident tərəfdaşlarını utandırıb.

Xatirə SADİQ