“ABŞ humanitar proqramları dayandırıb” – Zelenski
Ukrayna prezidenti Volodimir Zelenski hökumətə Donald Tramp administrasiyası tərəfindən maliyyələşdirilməsi dayandırılan ABŞ-nin dəstək proqramları ilə bağlı hesabat təqdim etməyi tapşırıb.
SAVASHMEDİA.az Ukrauna KİV-nə istinadən xəbər verir ki, Zelenski bu barədə sosial şəbəkədə gündəlik müraciəti zamanı bildirib.
Onun sözlərinə görə, bunlar humanitar proqramlardır və layihələrin, demək olar ki, hamısı Ukrayna hökumətindən keçməyib, birbaşa icmalar, müxtəlif təşkilatlar vasitəsilə ABŞ-yə göndərilib.
“Layihələr çoxdur. Onlardan hansının vacib olduğunu və dərhal diqqət tələb etdiyini müəyyənləşdirəcəyik. Biz bu maliyyənin bir hissəsini dövlət resursları hesabına təmin edə bilərik”, - deyə Zelenski əlavə edib.
Ukrayna prezidenti nəzərə çatdırıb ki, ukraynalı uşaqlar, veteranlar və infrastrukturun qorunması ilə bağlı proqramlara üstünlük veriləcək.
Xatırladaq ki, Ağ Evə qayıtdığı ilk gündə Tramp xarici yardımı 90 gün müddətinə dayandırdı. ABŞ bu proqramın “Amerika hər şeydən öncə” gündəminə uyğun olub-olmadığını yoxlayır.
Xatirə SADİQ