Helikopterlə toqquşmuş təyyarədə bu məşhur idmançılar da olub

Vaşinqtonda helikopterlə toqquşma nəzticəsində qəzaya uğrayan təyyarənin göyərtəsində 1994-cü ilin fiqurlu konkisürmə üzrə dünya çempionları, Rusiya idmançıları Yevgeniya Şişkova və Vadim Naumov da olublar. 

Jan 30, 2025 - 08:57
Jan 30, 2025 - 09:33
Helikopterlə toqquşmuş təyyarədə bu məşhur idmançılar da olub

SAVASHMEDİA.az bu barədə “TASS” agentliyinə istinadən xəbər verir. Bu idmançıların laynerdə ola biləcəklərini “Sports” da yazıb. 

Yanvarın 20-dən 26-dək təyyarənin havaya qalxdığı Viçita şəhərində fiqurlu konkisürmə üzrə ABŞ çempionatı keçirilib. Şişkova-Naumov cütlüyü məşqçi kimi həmin çempionatın iştirakçıları olub. Onların oğlu Maksim turnirdə 4-cü yeri tutub.

Təyyarə sərnişinləri arasında ikili konkisürmə üzrə SSRİ çempionatının bürünc mükafatçısı İnna Volyanskayanın da olduğu bildirilir.

Fotoda Yevgeniya Şişkova və Vadim Naumov

Qeyd edək ki, Şişkova-Naumov cütlüyü karyerasını başa vurduqdan sonra ABŞ-yə köçüblər və orada məşqçi kimi fəalliyyət göstəriblər. 

Yanvarın 30-da Vaşinqtonda sərnişin təyyarəsi enişə hazırlaşarkən hərbi helikopterlə toqquşaraq şaya düşüb. Qəza zamanı təyyarədə 60 sərnişin və 4 ekipaj heyəti olub. 
 
“CBS” telekanalının məlumatına görə, hələlik kiminsə sağ qalması barədə məlumat yoxdur. 

Xatirə SADİQ