Tramp İranın bu hissəsini ABŞ ərazisi elan edəcək - Özü AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının gələcək taleyi ilə bağlı sensasion açıqlama verib.

Aug 15, 2026 - 00:40
Tramp İranın bu hissəsini ABŞ ərazisi elan edəcək - Özü AÇIQLADI

SAVASHMEDIA.az xəbər verir ki, Tramp İranın məğlub edilməsindən sonra Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini bildirib. 

O, ABŞ-nin hazırda boğaz üzərində tam nəzarətə malik olduğunu da iddia edib.

Trampın sözlərinə görə, bu qərar “çox yaxın zamanda” açıqlana bilər. 

Qeyd edək ki, Hörmüz boğazı İran və Oman arasında yerləşir. Boğazın şimal sahili İrana, cənub sahili isə Omana məxsusdur.  Strateji əhəmiyyət daşıyan boğaz Fars körfəzini Oman körfəzi və Ərəb dənizi ilə birləşdirir. 

Dünyanın neft və enerji daşımalarının mühüm hissəsi bu marşrutdan keçir.

Aytən