“Sea Breeze”də ayağı su nasosunda qalan azyaşlı öldü - RƏSMİ

Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət mərkəzində ayağı su nasosunda qalan azyaşlı ölüb.

Aug 15, 2026 - 00:21
“Sea Breeze”də ayağı su nasosunda qalan azyaşlı öldü - RƏSMİ

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, əməliyyat sona çatıb. Xilasedicilər, habelə təcili tibbi yardım briqadası tərəfindən görülən operativ tədbirlərə, o cümlədən reanimatoloji müdaxilələrə baxmayaraq, 2022-ci il təvəllüdlü A.Abdullayevin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.