Şəmsi Səmədzadə Gürcüctanda saxlanıldı - Mal-qara oğurlayıbmış
Tanınmış iş adamı Şəmsi Səmədzadə (Səmədoğlu) Gürcüstan ərazisində saxlanılıb.
SAVASHMEDİA.az demokrat.az-a istinadən xəbər verir ki, azərbaycanlı iş adamı Gürcüstan dövləti tərəfindən mal-qara oğurluğunda ittiham olunur. Yaxın günlərdə onunla bağlı məhkəmə prosesi başlayacaq. Məlumatı Şəmsi Səmədzadənin ailəsi də təsdiqləyib.
Xatırladaq ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış sahibkar olub. O, 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək, ömürlük cəzaya məhkum edilib. Şəmsi Səmədzadə Prezidentin əfv Sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.