CHP-dən AKP-yə keçən bələdiyyə sədri Ərdoğan üçün xalça ÜTÜLƏTDİRDİ - VİDEO
Aydın Böyükşəhər Bələdiyyəsinin sədri Özlem Çerçioğlu Ərdoğanın üzərindən keçəcəyi xalçanı ütülədib.
SAVASHMEDİA.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
İki bələdiyyə işçisinin Türkiyə prezidentinin üzərində yeriyəcəyi mavi rəngli xalının üstünə ağ parça salaraq ütülədiyi video yayılıb.
Məlumata görə, video yanvarın 24-də çəkilib. Elə həmin gün Rəcəb Tayyib Ərdoğan Aydın şəhərinə səfər edib və orada açılışlara qatılıb.
Sosial şəbəkələrdə yayılan video gündəm olub.
Xatırladaq ki, Aydın Böyükşəhər Bələdiyyəsinin sədri Özlem Çerçioğlu 2025-ci ilin 14 avqustunda Türkiyənin ana müxalifət partiyası CHP-dən iqtidar partiyası AKP-yə keçib.
Banu