Məşhur futbolçu koronavirusa yoluxdu

“Santos” klubunun futbolçusu Neymar koronavirusa yoluxub.

Jun 8, 2025 - 12:09
Məşhur futbolçu koronavirusa yoluxdu

SAVASHMEDİA.az-ın xəbərinə görə, bu barədə “Globo” məlumat yayıb.

Hücumçuda xəstəliyin əlamətləri iyunun 5-də üzə çıxıb və o, həmin andan məşqləri dayandırıb. Neymar hazırda ev şəraitində müalicə alır.

Qeyd edək ki, Braziliyanın “Santos” klubunun yetirməsi olan Neymar 2009-2013-cü illərdə bu klubun şərəfini qoruduqdan sonra İspaniyanın “Barselona” komandasına transfer olub. Daha sonra Frandanın PSJ və Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandalarında oynayan Neymar 2025-ci ildə “Santos”-a dönüb.