"Mən öldürməsəydim, məni öldürəcəkdi" - Trampdan qəribə Xamenei AÇIQLAMASI
ABŞ Prezidenti Donald Tramp İranın Ali Rəhbəri Ayətulla Seyid Əli Xameneinin niyə öldürüldüyünü açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, ABŞ lideri ABC-yə verdiyi müsahibədə İranın ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib.
“İran məni öldürmək üçün iki dəfə sui-qəsd cəhdi etdi. Mən onu (Xameneini-red) qabaqlamışam. O, buna iki dəfə cəhd edib. Lakin mən bacarmışam”.
Xatırladaq ki, Ayətulla Əli Xamenei 2026-ci il fevralın 28-də ABŞ və İsrailin İrana birgə hücumu nəticəsində həlak olub.
Banu