Putin Pxenyan zooparkına 70-dən çox heyvan göndərilib – “Koreya xaqına hədiyyədir”
Rusiya prezidenti Vladimir Putin Pxenyan zooparkına 70-dən çox heyvan hədiyyə edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya Təbii Sərvətlər və Ekologiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Bu, Vladimir Putinin koreya xalqına hədiyyəsi idi”, - məlumatda bildirilib.
Qeyd edilib ki, indi Şimali Koreya zooparkında Moskva zooparkından gətirilmiş bir Afrika aslanı, iki qonur ayı, iki qaytağ, beş ağ kakadu, 25 qırqovul və 40 naringi ördəyi yaşayacaq.
Nazirlikdən bildirilib ki, təyyarə ilə Pxenyana aparılan heyvanları baytarlar müşayiət ediblər. Nəzərə çatdırılıb ki, Rusiya ilk dəfə olaraq Şimali Koreyaya aslan, ayı və qaytağlar bəxş edib.
Xatırladaq ki, Şimali Koreyanın hərbçiləri Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsində iştirak edirlər. Pentaqon onların sayının 11 min olduğunu iddia edir. Necə deyərlər, “mən sənə heyvan, sən mənə insan bağışla!”.
Xatirə SADİQ