"24 ildir hakimiyyətdəyik, hələ illərlə də qalacağıq" - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan lideri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Partiya) artıq 24 ildir iqtidarda olduğunu, yenə də illərlə hakimiyyətdə qalacağını bəyan edib.

Aug 14, 2025 - 18:21
Aug 14, 2025 - 18:27
"24 ildir hakimiyyətdəyik, hələ illərlə də qalacağıq" - Ərdoğan

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə o, AK Partiyanın yaradılmasının 24 illiyi ilə bağlı "X" hesabındakı paylaşımında yazıb.

"Daha bir müddət Türkiyənin və millətimizin xidmətində olacağıq", - Ərdoğan vurğulayıb.