Acun Ilıcalı saxlanıla bilər - Qanunsuz mərc oyunları onu da bitirir?

Məşhur türkiyəli iş adamı,aparıcı və şoumen Acun Ilıcalı barəsində araşdırma başladılıb.

Nov 20, 2024 - 16:35
Acun Ilıcalı saxlanıla bilər - Qanunsuz mərc oyunları onu da bitirir?

SAVASHMEDİA.az İHA-ya istinadən xəbər verir ki, araşdırmaya səbəb kimi qanunsuz mərc oyunlarının reklamı və bu oyunlara təşviq etmə göstərilib.

Məlumata görə, araşdırmalara iş adamının sahibi olduğu “TV8” kanalının və “Exxen” rəqəmsal platformasının səlahiyyətli şəxsləri də cəlb olunub.

İstintaqın UEFA Millətlər Liqası matçlarında nümayiş etdirilən qanunsuz mərc reklamları ilə bağlı olduğu bildirilir.

Acun ilicalı isə verdiyi açıqlamada araşdırmaların onunla bağlı olmadığını bildirib:

 "Təkidlə başa düşməyən, anlamaq istəməyən və ya mənfi təsəvvür yaratmaq istəyənlər üçün bir daha təkrarlayıram. Xaricdə oynanılan matçların reklam lövhələrinin satışı ev sahibi olan ölkənin futbol federasiyasına aiddir. Türkiyədə keçirilən milli matçların reklam lövhələri necə Türkiyə Futbol Federasiyasına aiddirsə, Çernoqoriya-Türkiyə matçının meydan içi reklam lövhələrinin satışını da Çernoqoriya Futbol Federasiyası həyata keçirib. "TV8"in bununla heç bir əlaqəsi yoxdur".

Xatırladaq ki, bir müddət əvvəl də qanunsuz mərc oyunları ilə bağlı müğənni Serdar Ortaç və çoumen Mehmet Ali Erbil saxlanılmışdı.

Səlcuq