"Bu, üsyana təhrikdir, onlar həbsxanada olmalıdırlar" - Tramp

ABŞ Prezidenti Donald Tramp hərbçiləri administrasiyasının əmrlərini yerinə yetirməməyə çağıran Demokratik Partiyasının senator və konqresmenləri xəyanətkar adlandırıb.

Nov 23, 2025 - 13:38
"Bu, üsyana təhrikdir, onlar həbsxanada olmalıdırlar" - Tramp

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə o "Truth Social" sosial şəbəkəsində yazıb.

"Hərbçiləri mənim əmrlərimə tabe olmamağa çağırış edən xəyanətkarlar dərhal həbsxanada olmalıdır… Bu, ən yüksək səviyyədə üsyana təhrik idi, üsyana təhrik isə ciddi cinayətdir", – deyə o vurğulayıb.

Növbəti paylaşımında o əlavə edib ki, bir çox hüquqşünaslar bunu cinayət kimi qiymətləndirirlər.

Oğuz