Sabah Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

Sabah Sumqayıtda 750 abonentə qazın verilişində fasilələr olacaq.

Nov 23, 2025 - 14:07
Sabah Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

SAVASHMEDİA.az-ın xəbərinə görə, "Azəriqaz" İstehsal Birliyi Sumqayıt QİS-dən bildirilib ki, balans qovşaqlarının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar 24.11.2025-ci il tarixində saat 10:00-dan etibarən Çerkassi küçəsində 750 abonentə qazın verilişində məhdudiyyət yaranacaq.

İşlər yekunlaşdıqdan sonra qazın verilişi bərpa olunacaq.