“Putin yanılır, onun ağılsız hərəkətləri...” – NATO baş katibi
“NATO Rusiya lideri Vladimir Putinin sülhdə maraqlı olmadığına əmindir və Rusiyanın hesablamalarını səhv hesab edir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Brüsseldə keçirilən Alyansın nazirlər toplantısının başlanmasından öncə deyib.
Onun sözlərinə görə, Rusiya təcavüzünün zəifləməsi əlaməti yoxdur. “Əksinə, Putin ritorikasını və ağılsız hərəkətlərini sərtləşdirir. O, eksperimental raketlər üçün Ukraynadan sınaq meydançası kimi istifadə edir və Şimali Koreya əsgərlərini bu qeyri-qanuni müharibəyə gətirib”.
Baş katibin fikrincə, Putin Ukraynanın müqavimətini və qətiyyətini, eləcə də NATO-nun dəstəyini dəf edə biləcəyini hesab edir: “Lakin o, yanılır!”.
Rutte qeyd edib ki, Ukraynanın özünü müdafiə etməsinə yardım göstərmək NATO-nun öhdəliyidir. “Buna görə də biz sarsılmaz dəstəyimizi davam etdirməliyik”, - deyə baş katib vurğulayıb.
Qeyd edək ki, bu gün axşam NATO xarici işlər nazirlərinin görüşündə Ukraynanın Alyansa üzvlüyü deyil, Kiyevə yardım məsələsi müzakirə ediləcək. Bu gün həm də Ukrayna-NATO Şurası toplanacaq.
Nazirlərin görüşü ərəfəsində Ukrayna NATO üzvlüyünü əvəz edən təminatlardan imtina etdiyini bildirib.
Xatirə SADİQ