İrana uran ehtiyatlarını təhvil verməsi təklif olunub – “The Guardian”

ABŞ aprelin 12-də Omanda İranla keçirdiyi dolayı danışıqlarda Tehrana yüksək zənginləşdirilmiş uran ehtiyatlarını üçüncü ölkəyə təhvil verməyi təklif edib. 

Apr 15, 2025 - 16:02
İrana uran ehtiyatlarını təhvil verməsi təklif olunub – “The Guardian”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazıb. 

Nəşr iddia edir ki, mümkün namizəd ölkələr sırasında Rusiya da nəzərdə tutulub. Lakin hazırda İran bu təkliflə razılaşmır.

Məqalədə nüvə silahı yaratmaq üçün potensial olaraq istifadə oluna biləcək yüksək zənginləşdirilmiş uran məsələsi razılaşmaya maneələrdən biri kimi göstərilir.

Amerika tərəfi məlumatı şərh etməyib. 

“İnterfaks” xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “The Guardian”ın məlumatını şərh etməyəcəyini bildirib. İran XİN rəhbərinin bu həftə Rusiyaya səfərinin planlaşdırıldığı məlumdur.

Xatırladaq ki, danışıqların ikinci raundunun aprelin 19-da İtaliyada keçirilməsi nəzərdə tutulub.

Xatirə SADİQ