ABŞ narkotik maddələr daşıyan Venesuela gəmisini vurdu

ABŞ Hərbi Dəniz Qüvvələri Venesueladan narkotik maddələr daşıyan gəmini məhv edib.

Sep 3, 2025 - 00:58
ABŞ narkotik maddələr daşıyan Venesuela gəmisini vurdu

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp brifinqdə bildirib.

“Bir neçə dəqiqə əvvəl biz (ABŞ Hərbi Dəniz Qüvvələri - red.) külli miqdarda narkotik maddə daşıyan gəmini məhv etdik...”, - o, Oval kabinetdə çıxışı zamanı deyib.

ABŞ Prezidentinin sözlərinə görə, donanma yalnız bir gəmiyə hücum edib, lakin “başqaları da var”.