ABŞ-nin Venesuela və İran həmləsini Putin 5 ilə əvvəldən necə bilmişdi? – O çıxış
ABŞ-nin xüsusi əməliyyatla Nikolas Maduronu ələ keçirməsindən, İrandakı etiraz aksiyalarına müdaxilə ehtimalından sonra Rusiya Prezidenti Vladimir Putinin 5 il əvvəl etdiyi çıxış yenidən gündəmə gəlib.
SAVASHMEDİA.az xəbər verir ki, V.Putin 2021-ci ilin sonunda keçirdiyi hərbi müşavirədə Qərbin, ABŞ-nin ikili standartlarından bəhs edib.
Yuqoslaviya və İraqı misal çəkərək Qərbi və ABŞ-ni sərt tənqid edib:
“Yuqoslaviyanı bombaladılar. Hansı əsasla? BMT Təhlükəsizlik Şurasının sanksiyalarımı var idi? Yuqoslaviya haradadır, ABŞ haradadır? Ölkəni məhv etdilər. Doğrudur orada daxili mübarizə gedirdi, amma öz daxili problemləri idi. Özləri həll edə bilərdilər. Avropadakı bir paytaxta hücum haqqını ABŞ-yə kim vermişdi? Heç kim!. Qərarı ABŞ özü verdi, peykləri də dəstəklədi. Baxın beynəlxalq hüquq bu qədərdir.
Bəs yaxşı İraqa hansı əsasla girdilər? İraq kütləvi qırğın silahı hazırlayır dedilər. Girdilər ölkəni yerlə yeksan etdilər. Oranı beynəlxalq terrorizm mərkəzinə çevirdilər. Sonra “səhv etdiklərini” dedilər, “kəşfiyyat məlumatları bizi yanıltdı” dedilər. Ölkəni məhv etdilər. Cavabları da sadəcə bu oldu – “Kəşfiyyat bizi yanıltdı. İraqda kütləvi qırğın silahları yox imiş. Əksinə, bir vaxtlar var olanlar da məhv edilibmiş”
Suriyaya necə və niyə girdilər? BMT-nin Təhlükəsizlik Şurasının sanksiyalarımı vardı? Xeyr! Ürəkləri nə istəyirsə onu edirlər. ABŞ və Qərb istədiyi vaxt beynəlxalq hüququ tapdayaraq öz kefinə görə davranır, müdaxilələr edir. Kefə görə müdaxilələr bir gün hər ölkəyə tətbiq oluna bilər”.
Banu