“Afrika ölkələrini tərk edirik” – Makrondan açıqlama 

Fransa ordusu Rusiyanın dəstəyi ilə hakimiyyətə gələn xuntalara kömək etmək istəmədiyi üçün Afrika ölkələrini tərk edir.

Jan 7, 2025 - 11:18
“Afrika ölkələrini tərk edirik” – Makrondan açıqlama 

SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuil Makron səfirlərin Parisdə keçirilən illik konfransında deyib.

Fransa prezidenti qeyd edib ki, ölkəsi cihadçılara qarşı antiterror əməliyyatları keçirməklə suveren Afrika dövlətlərinə kömək edib.

“Biz çıxıb getdik, çünki orada çevrilişlər vardı və Fransanın gəlməsini xahiş edən suveren dövlətlərin ricası ilə orada idik. Lakin biz qiyamçıların köməkçisi olmadığımıza görə Fransanın artıq orada yeri yox idi”, - deyə Makron əlavə edib.

Onun fikrincə, Fransa Afrikada geri çəkilmir, sadəcə onun gözləri açılır və yenidən təşkil olunur.

“Biz Afrika dövlət başçılarına mövcudluğumuzu yenidən təşkil etməyi təklif etmişik. Və bu yaxşıdır, çünki dünya dəyişir və biz qitə ilə bu yeni tərəfdaşlığı qəbul etməliyik”, - deyə Makron vurğulayıb.

Eyni zamanda, o, şikayətlənib ki, Afrika liderləri 2013-cü ildən bəri Fransanın onlar üçün etdiyi hər şeyə görə “təşəkkür etməyi unutdular”.

“Onların heç biri bu müdaxilə olmadan suveren ölkəni idarə edə bilməzdi. Yəni bu, ciddi deyil, zamanla gələcək”, - deyə Fransa prezidenti iddia edib.

Xatirə SADİQ