Ağdamda yüksəkgərginlikli dirəyə çıxan sərxoş belə xilas edildi - VİDEO
Ötən gün Ağdam rayonunda yüksəkgərginlikli elektrik dirəyinə çıxmış sərxoş kişi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən xilas edilib.
SAVASHMEDİA.az xəbər verir ki, rayonun İmamqlubəyli qəsəbəsinə qonaq gələn 2004-cü il təvəllüdlü Pünhan adlı şəxs sərxoş vəziyyətdə ərazidə yerləşən yüksəkgərginlikli elektrik dirəyinə çıxıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər və o xilas edilib.
Məlum olub ki, yüksəkgərginlikli elektrik xəttinə çıxan şəxs Ağdam rayonunun Şahbulaq kənd sakini, 2004-cü il təvəllüdlü Bünhan Yavər oğlu Əsədovdur. O, rayonun Quzanlı qəsəbəsində yaşayır.
SAVASHMEDİA.az həmin görüntüləri təqdim edirik: