Ailənin yeganə oğul övladı hansı hallarda əsgərliyə aparılmır? - ŞƏRTLƏR
Azərbaycan qanunvericiliyinə görə, ailənin yeganə övladı olmaq faktı avtomatik olaraq əsgərlikdən azadolma vermir.
SAVASHMEDİA.az-ın xəbərinə görə, əgər şəxs sağlamdır və onun hərbi xidmətə getməsinə sosial və ya tibbi maneə yoxdursa, o da digər vətəndaşlar kimi hərbi xidmətə çağırılır.
Amma bəzi istisnalar var, aşağıdakı hallarda ailənin yeganə övladına möhlət (güzəşt) və ya azadolma verilə bilər:
Valideynlər yaşlı, xəstə və ya əlildirsə
Əgər ailədə ata və ya ana əmək qabiliyyətini itirib və yeganə övlad onlara baxırsa, bu halda möhlət hüququ verilə bilər.
Valideynlərdən biri vəfat edib və tək övlad ailəni dolandırırsa
Belə vəziyyətdə də əsgərlikdən müvəqqəti azadolma mümkündür.
Ailə sosial cəhətdən asılı vəziyyətdədirsə
Hərbi komissarlıq sosial vəziyyəti və ailə şəraitini qiymətləndirib qərar verə bilər.
Yəni sadəcə “ailənin tək uşağıyam” deməklə hərbi xidmətdən azadolma olmur, bu, əlavə sosial və tibbi sübutlarla əsaslandırılmalıdır.
Oğuz