"Anamı və bacımı o Xalq artisti tutdurub" - Rəqsanədən ŞOK AÇIQLAMA

Müğənni Rəqsanə İsmayılova anasının və bacısının illər öncə həbs olunması barədə açıqlama verib.

Jul 17, 2025 - 14:22
"Anamı və bacımı o Xalq artisti tutdurub" - Rəqsanədən ŞOK AÇIQLAMA

SAVASHMEDİA.az-ın məlumatına görə, müğənni "tiktok"da açdığı canlı yayımda bildirib ki, bu hadisədə bir kişi Xalq artistinin əli olub.

"Bu oyun bir kişi Xalq artistinin əli ilə mənim başıma açıldı.Bu gün onunla salamlaşıram,danışıram.Amma onu heç vaxt bağışlamayacağam.Ürəyimdə ona o qədər bəd-dua etmişəm ki...Bu hadisə ilə məni yerdən-yerə vurdular", - müğənni bildirib.

Rəqsanə İsmayılova hadisənin digər detallarını da açıqlayıb:

"Həmin vaxt Rusiyanın Piter vilayətində konsert təşkil olunmuşdu. Orada Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva, mən və bir kişi müğənni iştirak etməli idi. Zülfiyyə xanım hamilə olduğu üçün konsertə gedə bilmədi. Röya da xəstə olduğu üçün getmədi. Həmin konsertdə mən böyük komanda ilə çıxış etdim. 40 min avro pul verdilər. Bunu gördükdən sonra müğənnilər məni həzm edə bilmədilər. Bu konsertdən sonra ailəmin başına bu oyunlar gəldi... Qızım hadisədən sonra utandığından məktəbə gedə bilmirdi. Mənim anamı hamı tanıyır. Onun necə zəhmətkeş qadın olduğunu bilirlər..." (oxu24.com)