Anna Paşinyanı bu foto ilə təbrik etdi - Ayrılsaq da bərabərik? + FOTO
Parlament seçkilərində Baş nazir Nikol Paşinyanın qələbəsi rəsmiləşdikdən sonra onun keçmiş həyat yoldaşı Anna Akopyan maraqlı paylaşım edib.
SAVASHMEDİA.az xəbər verir ki, Anna Akopyan nəticələrin açıqlanmasından sonra "İrəvan Şərab Günləri" başlığı ilə fotosunu yayımlayıb.
Paylaşım qısa müddətdə sosial şəbəkələrin Ermənistan seqmentində geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bunu Paşinyanın seçki qələbəsinə eyham kimi qiymətləndiriblər.
Xatırladaq ki, Anna Akopyan bir müddət əvvəl Nikol Paşinyanla birgəyaşayışa son qoyduqlarını və hökumətə məxsus iqamətgahı tərk etdiyini açıqlamışdı. Buna baxmayaraq, son aylarda Ermənistan mediasında cütlüyün münasibətlərini yenidən bərpa etdiyi barədə iddialar yayılıb.
Paşinyanın seçkidə qələbə qazanmasından dərhal sonra Akopyanın etdiyi paylaşım isə bir çoxları tərəfindən simvolik jest kimi qiymətləndirilib.
Oğuz