Aprelin 10-da, İstanbulda - Peskovdan açıqlama

Rusiya və Amerika arasında növbəti təmas Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xətti ilə baş tutacaq.

Apr 8, 2025 - 16:41
Aprelin 10-da, İstanbulda - Peskovdan açıqlama

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadla xəbər verir ki, prezidentin mətbuat katibi Dmitri Peskov bunu aprelin 10-da İstanbulda danışıqların hansı səviyyədə aparılacağı ilə bağlı sualı cavablandırarkən deyib.

Kremlin sözçüsü görüş barədə xarici siyasət idarəsindən məlumat gözləməyi tövsiyə edib.

Rusiya və ABŞ arasında növbəti görüşün bu həftə baş tutacağını Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri və prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev xəbər vermişdi.

Kremldən bir gün əvvəl deyilmişdi ki, görüşün tarixi hələ müəyyən edilməyib.

Xatirə SADİQ