Araz Ağalarov da hədəfə alındı - Barəsində icraat başladıldı

Rusiya Federal Məhkəmə İcraçıları Xidməti (FSSP) azərbaycanlı iş adamı Araz Ağalarova qarşı icraata başlayıb.

Jul 2, 2025 - 22:10
Araz Ağalarov da hədəfə alındı - Barəsində icraat başladıldı

Bu barədə fərdi borcluların reyestrinin məlumatlarında deyilir.

Kartotekaya əsasən, Moskvanın Presnenski Rayon Məhkəməsi mayın 7-də müvafiq icra vərəqəsini versə də, proses iyunun 26-da başlayıb.

Araz Ağalarov “Crocus Group”un sahibidir. 2020-ci ildə o, 1,7 milyard dollarlıq sərvətlə "Forbes"in "Rusiyanın 200 ən zəngin iş adamı" reytinqində 55-ci yerdə qərarlaşıb. (unikal)