"Araz" marketindən alınmış "Darenka" biskvitindən qurd çıxdı - FOTOFAKT
"Araz" supermarketlər şəbəkəsində istifadə müddəti keçmiş malların satışı ilə bağlı məlumatlara tez-tez rast gəlirik.
Alıcılar müxtəlif zamanlarda aldıqları məhsulun köhnə və yararsız olması ilə bağlı şikayətlər səsləndirsələr də, adıçəkilən supermarketlər şəbəkəsi hər dəfə hansısa bəhanə ilə işin içindən çıxmağa çalışıb.
Ya ümumiyyətlə bu kimi informasiyaları birmənalı şəkildə təkzib ediblər, ya da ortada foto və ya videofakt varsa, məsuliyyəti hansısa əməkdaşın üzərinə atmağa cəhd göstəriblər. Bu kimi halların isə ardı-arası kəsilmir.
SAVASHMEDİA.az xəbər verir ki, bir alıcı da bu günlərdə "Araz"da yaşadığı xoş olmayan sürprizdən gileylənib:
"Araz" supermarketdən alınan "Darenka" belə bir "sürpriz" etdi. Məhsul alarkən, xüsusilə endirimlə olan məhsulların həmişə son istifadə tarixinə baxıram. Bir dəfə baxmadım və nəticə... Ümumiyyətlə "Araz"da belə hallar tez-tez olur, diqqət edin".
Məlumat üçün bildirək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi ölkənin ən böyük pərakəndə satış şirkətlərindən biridir.
“Araz” supermarketlər şəbəkəsinin Bakı, Sumqayıt, Xırdalan şəhərləri, eləcə də Zaqatala, İmişli, Gəncə, Daşkəsən, Yevlax, Quba, Saatlı, Siyəzən, Ucar, Beyləqan, Şabran, Mingəçevir, Şəki, Ağcəbədi, Şamaxı, Naxçıvan, Culfa, həmçinin Şuşa, Laçın, Xankəndi şəhərlərində ümumilikdə 300-dən çox filialı var.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.