"Arvadını qaçıracağıq" - Ronaldo mühafizəni gücləndirdi

“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında olduğu güman edilən qrupdan sosial mediada təhdidlər aldıqdan sonra özü və ailəsi üçün təhlükəsizlik tədbirlərini gücləndirib.

Apr 13, 2025 - 17:53
"Arvadını qaçıracağıq" - Ronaldo mühafizəni gücləndirdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu qruplaşma həm 40 yaşlı futbolçunun həyat yoldaşı Corcina Rodrigezi, həm də özünü qaçırıb pul tələb etməklə hədələyib. 

Təhlükəsizlik tədbirlərini gücləndirmək üçün Ronaldo yüksək riskli döyüş əməliyyatlarında təcrübəsi olan keçmiş portuqaliyalı hərbçi Klaudio Migel Elmi işə götürüb.

Keçmiş hərbçinin Ronaldonun sevgilisi Corcina Rodrigesi Parisdəki moda nümayişinə müşayiət etdiyi vurğulanır. İştirak edənlərdən bəziləri onun fotoqraflara qarşı hərəkətlərinin həddindən artıq sərt olduğunu qeyd ediblər. (publika)