“Atası qızımı görmək istəmir...” – Aysundan acı etiraf + Video
Müğənni Aysun İsmayılova qızının atası ilə bağlı danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, Aysun boşanmaq ərəfəsində olduğu həyat yoldaşı vəkil Ramil Vəliyevin qızını görmək istəmədiyini bildirib.
“Qızım nənə-babası ilə danışır da, görüşür də. Ancaq nənə və baba ilə. Atası istəsə onunla da görüşər, amma istəmir. Atası da, anası da özüməm. Nə qədər küskünlük olsa da, övlad övladdır. Nə zaman istəsə övladını görə bilər. Çünki mən istəmərəm övladım mənim həyatımı yaşasın, atasız böyüsün. O, mənim övladımın atasıdır. Onun haqda heç vaxt mənfi danışmaram. Amma dayələri də tanıyır, nömrələrini bilir. Nə zaman istəsə uşağını görər. Bəzi valideynlər olur, deyirlər ki, görüşmək olmaz, amma mən icazə verirəm. Çox qısa bir müddət oldu, ancaq 3 aydır ki, atası qızıma nəvaziş göstərmir”.
Yağmur