Avropa Komissiyası Koştanın təklifini bəyəndi

Ukraynanın Avropa İttifaqı (Aİ) üzvlüyü ilə bağlı Macarıstanın vetosundan yan keçmək barədə Avropa Şurasının (AŞ) sədri Antoniu Koştanın planı Avropa Komissiyasında dəstəklənib.

Sep 30, 2025 - 15:45
Avropa Komissiyası Koştanın təklifini bəyəndi

SAVASHMEDİA.az bu barədə “Politico” nəşrinə istinadən xəbər verir.

Aİ diplomatları Koştanın təklifini Macarıstanın baş naziri Viktor Orbanın davamlı maneələrini aradan qaldırmaq üçün bir yol kimi qiymətləndiriblər. Onların fikrincə, Orban veto hüququndan istifadə etməklə Ukrayna və Moldovanın Aİ-də irəliləməsini ləngidir.

AŞ sədri Antonio Kosta təklif edir ki, əksər ölkələr Ukrayna və Moldova üçün danışıqlar klasterlərinin açılmasına səs versinlər. Bu addım Ukrayna və Moldova kimi namizəd ölkələrə Aİ standartlarına uyğun islahatlara başlamağa kömək edəcək. Hətta bir və ya iki üzvün rəsmi olaraq danışıqların başlanmasının əleyhinə çıxması belə bunun qarşısını ala bilməz. 

Xatırladaq ki, mövcud qaydalar Aİ-yə üzv olan 27 dövlətin hamısından üzvlük prosesinin hər mərhələsində razılıq verməsini tələb edir.

Xatirə SADİQ