“Avropada əsəbilik və qorxu var” – Dmitri Peskov

“ABŞ prezidenti Donald Trampın seçkilərdə qələbə qazanması ilə bağlı Avropa ölkələrində müəyyən əsəbilik və hər cür qorxu görünür”. 

Nov 11, 2024 - 14:33
“Avropada əsəbilik və qorxu var” – Dmitri Peskov

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib .

Onun sözlərinə görə, bununla belə, Avropada mövqe dəyişikliyindən danışmaq erkəndir. 

Bu ərəfədə Polşanın baş naziri Donald Tuskun Böyük Britaniya ilə ittifaq yaratmaq, eləcə də Fransa prezidenti Emmanuel Makron və NATO-nun baş katibi Mark Rutte ilə erkən danışıqlar aparmaq niyyətində olduğu barədə xəbər yayılıb. 

“The Times” qəzeti yazır ki, bütün bunlar Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra Qərbin Ukraynaya xəyanətinin qarşısını almaq məqsədi güdür.

Xatirə SADİQ