Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı - RƏSMİ

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb.

Feb 23, 2025 - 22:05
Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı - RƏSMİ

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb.

Qeyd edilib ki, Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə 23 fevral 2025-ci il tarixində Naxçıvan Muxtar Respublikasına, cənub və şimal rayonlarına yola düşməli axşam reysləri müvəqqəti dayandırılıb.

Qeyd edək ki, mövcud hava şəraiti diqqətlə izlənilir və sərnişinlər dəyişikliklər barədə məlumatlandıracaq.