Ayağı sınmış alpinisti Tyan-Şan dağlarında ölümə tərk etdilər - "Hələ oradan sağ çıxan olmayıb"  

Qırğızıstanda Tyan-Şan dağlarındakı Pobeda zirvəsində ayağı sınaraq ilişib qalan rusiyalı alpinist Nataliya Naqovitsinanı xilas etmək mümkün olmayacaq.

Aug 23, 2025 - 18:01
Ayağı sınmış alpinisti Tyan-Şan dağlarında ölümə tərk etdilər - "Hələ oradan sağ çıxan olmayıb"  

SAVASHMEDİA.az xəbər verir ki, bunu Yujnı xilasetmə ekspedisiyasının rəhbəri Dmitri Qrekov deyib.

"Onu axtarmağa ehtiyac yoxdur, biz onun harada olduğunu bilirik. Sadəcə olaraq, ora çıxmaq mümkün deyil. Tarixdə heç kim oradan xilas edilməyib. Onu əllə, yalnız vertolyotla endirmək mümkün deyil, bizim Qırğızıstanda belə helikopterlərimiz yoxdur", - o qeyd edib.

Bundan əvvəl Qırğızıstan Fövqəladə Hallar Nazirliyindəki mənbə bildirmişdi ki, hava şəraiti xilasedicilərə Naqovitsına çatmağa imkan vermir. Yeni əməliyyat keçirmək imkanı isə yalnız 2026-cı ilin yayında mümkündür.

Grekov alpinistin axtarışına gedən xilasetmə qrupunun işini dayandırdığını təsdiqləyib:

"Xilasetmə qrupu dağa qalxırdı, amma qrupun rəhbəri özünü pis hiss etdi. Belində problemlər var".

O, həmçinin qeyd edib ki, Naqovitsinanın qrupuna daxil olan vəfat etmiş italyan alpinistinin cəsədini 2026-cı ildə təxliyə etməyə cəhd etmək olar: “Onunla iş daha asandır: o, daha aşağıda, haradasa 6800 metr hündürlükdə, Nataliya isə 7200 m hündürlükdədir”, - Grekov izah edib.

Nataliya Naqovitsyna avqustun 12-də ayağını sındıraraq təxminən 7200 m hündürlükdə  sıxışaraq xəsarət alıb. Bir neçə yüz metr aşağıda isə ona kömək etməyə çalışan italyan alpinistinin cəsədi var və beyin ödemi nəticəsində dünyasını dəyişib. Ekspedisiyanın daha iki üzvü isə təxliyə edilib.

Əməliyyatda səkkiz ixtisaslı alpinist və Qırğızıstan Müdafiə Nazirliyinin bir Mi-8 helikopteri iştirak edib. 7439 m yüksəklikdə olan Pobeda zirvəsi dünyanın ən çətin zirvələrindən biri hesab olunur. Orada 80-dən çox alpinist həlak olub.

Yağmur