Ayaqda yanma hissi hansı xəstəliklərin əlamətidir?
Ayaqda yanma hissi müxtəlif xəstəliklərin əlaməti ola bilər.
Bu simptom çox vaxt sinir sistemi və qan dövranı ilə bağlı problemlərlə əlaqələndirilir.
SAVASHMEDİA.az ayaqda yanma hissinə səbəb olan xəstəlikləri təqdim edir.
Diabetik neyropatiya
Bu ayaqda yanma hissinin ən geniş yayılmış səbəbidir. Çünki diabet uzun müddət nəzarətsiz qalarsa, sinirlərə zərər verə bilər. Yanma, iynələnmə, xüsusilə gecələr güclənən keyimə diabetik neyropatiyanın əsas əlamətləridir.
Periferik neyropatiya (ətraf sinir zədələnməsi)
Sinirlərin zədələnməsi nəticəsində yaranır.Şəkərli diabet, vitamin çatışmazlığı (xüsusilə B12), alkoqolizim, bəzi dərmanlar, infeksiyalar sinir zədələnməsinə səbəb olur.
Vitamin çatışmazlıqları
B12, B1 (tiamin) və B6 vitaminlərinin azlığı sinir sisteminə təsir göstərərək ayaqlarda yanma hissi yarada bilər.
Tarsal tunel sindromu
Aşağı ətrafın sinir sıxılmasıdır. (xüsusilə ayaq biləyi səviyyəsində). Əsas simptomları ayaqda yanma, ağrı, xüsusilə ayaq altı və daban nahiyəsində uyuşmadır.
Metabolik və hormonal pozğunluqlar
Hipotiroidizm (qalxanabənzər vəzin zəif fəaliyyəti) ayaqda yanmaya səbəb ola bilər.
Ayaq göbələyi (mantar infeksiyası)
Yanma, qaşınma və qızartı ilə müşayiət oluna bilər.
Qan dövranı problemləri
Varikoz damarlar, damar tıxanıqlıqları və digər damar problemləri ilə əlaqəli ola bilər.
Əczaçılıq və ya kimyəvi maddələrə məruz qalma
Bəzi dərmanlar (xüsusilə xərçəngə qarşı kimyaterapiya dərmanları) sinir zədələnməsinə səbəb ola bilər.
Multiple skleroz (MS)
Mərkəzi sinir sisteminin xroniki xəstəliyidir.Uyuşma, iynələnmə, yanma hissi, əzələ zəifliyi, balanssızlıq əsas əlamətləridir.
Fibromialgiya
Xroniki ağrı sindromudur.Bədəndə diffuz ağrılar, yorğunluq, ayaqlarda yanma və həssaslıq hissi ilə xarakterizə olunur.
Qiyena- Barre (Guillain-Barré) sindromu
Avtoimmün mənşəli sinir sistemi pozğunluğudur. Qollarda və ayaqlarda yanma, iynələnmə, zəiflik, tədricən iflicə doğru inkişaf edə bilər.
İltihabi sinir xəstəlikləri (Neyritlər)
Virus infeksiyalar (herpes, HIV və s.) və ya bakterial infeksiyalar səbəb ola bilər.
Alkoqol neyropatiyası
Uzunmüddətli alkoqol istifadəsi nəticəsində sinir ucları zədələnə bilər. Ayaqlarda yanma, uyuşma, iynələnmə əsas simptomlarıdır.
Kimyaterapiyadan sonrakı sinir zədələnməsi (kemonevropatiya)
Onkoloji xəstələrdə dərmanların təsirindən sonra sinirlər zədələnə bilər.
Ayaqda qan dövranının zəifləməsi (Periferik damar xəstəliyi)
Qan damarlarının daralması ilə əlaqədar olaraq ayaqlara kifayət qədər oksigen getmədikdə yanma hissi ola bilər.
Rahat olmayan ayaq sindromu (Restless Leg Syndrome)
Xüsusilə gecələr istirahət zamanı ayaqlarda yanma, qarışqa gəzirmiş kimi hisslər olur.Bu hissləri hərəkətlə azaltmaq olur.
Ayaqlarda dərialtı və ya dəri infeksiyaları
Bakterial infeksiyalar (məsələn, sellülit), yanıqlara və ya travmaya bağlı olaraq yaranan lokal yanma hissi.
Amputasiya sonrası "fantom ağrı"
Ətraf kəsildikdən sonra da xəstə həmin nahiyədə yanma, sancı, ağrı hiss edə bilər.
Allergik reaksiyalar və ya kontakt dermatit
Xüsusilə ayaq üçün istifadə edilən krem, sabun və ya geyim materialları ilə kontakt nəticəsində yanma, qaşınma ola bilər.
Banu