Azərbaycanda 2025-ci ilin ilk körpəsi dünyaya gəldi - FOTO

Azərbaycanda 2025-ci ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada dünyaya gəlib.

Dec 31, 2024 - 21:21
Azərbaycanda 2025-ci ilin ilk körpəsi dünyaya gəldi - FOTO

TƏBİB-dən bildirilib ki, 01.01.2025-ci il tarixində saat 00:01-də doğulan körpənin cinsi oğlan, boyu 50 sm, çəkisi 3 kq 900 qr olub.

38-ci həftəsində təbii doğuşa alınan ananın və yenidoğulmuşun vəziyyəti hazırda stabildir.