Azərbaycanda bu şəxslər cərimələnəcək - Məbləğ
Çağırışçıların və hərbi vəzifəlilərin həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə cərimə artırılır.
SAVASHMEDİA.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən İnzibati Xətalar Məcəlləsinə olunan dəyişiklikdə əksini tapıb.
İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırmaya görə cərimə də artırılıb. İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə cərimə 30 manatdan 100 manata qaldırılıb.