Azərbaycanda Çin maşınları niyə ucuzlaşır? - SƏBƏB

Azərbaycanda avtomobil bazarında Çin markalarına maraq artmaqda davam edir.

Aug 18, 2025 - 14:25
Azərbaycanda Çin maşınları niyə ucuzlaşır? - SƏBƏB

SAVASHMEDİA.az xəbər verir ki, bu avtomobillərdə qiymətlər isə günü-gündən enir. 

Bəs buna səbəb nədir? 

Nəqliyyat eksperti Yasin Mustafayevin sözlərinə görə bu avtomobillərin əksəriyyəti, yəni 70 faizdən çoxu qeyri-rəsmi idxalçılar tərəfindən ölkəyə gətirilir. Yalnız 30 faizlik hissə rəsmi dilerlər vasitəsilə, birbaşa zavoddan və zəmanətlə satışa çıxarılır.

Ekspert bildirib ki, qeyri-rəsmi idxalçılar arasında rəqabətin artması qiymətlərin enməsinə səbəb olub:

"Son iki ay ərzində Azərbaycanda Çin istehsalı avtomobillərin qiymətində orta hesabla 4 min manata yaxın ucuzlaşma müşahidə olunub".

Qeyd edək ki, bu tendensiya həm avtomobil alıcılarının seçimlərini, həm də bazar iştirakçılarının fəaliyyətini birbaşa təsir altına alır.