Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır?

2025-ci ildə Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə “Instagram” olub. 

Jan 16, 2026 - 15:24
Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır?

SAVASHMEDİA.az xəbər verir ki, platformanın ölkə üzrə istifadə payı 34,33 faiz təşkil edib.

İkinci yerdə 25,53 faiz göstərici ilə “Facebook” qərarlaşıb. Ən çox istifadə edilən sosial şəbəkələrin ilk üçlüyünü 18,68 faiz payla “YouTube” tamamlayıb.

Təhlilə əsasən, “Pinterest” istifadə payına görə 10,34 faizlə dördüncü, “X” (köhnə adı ilə Twitter) isə 7,18 faizlə beşinci yerdə qərarlaşıb.

Qalan 3,93 faiz pay isə “LinkedIn”, “Reddit” və digər sosial şəbəkələrin hesabına düşür.

Aytən