Azərbaycanda əsgərlərə bank kartları paylanır - Maaşla bağlı yenilik

Azərbaycanda əsgərlərin maaşlarının ödəniş mexanizmi yenilənir. Əsgərlərə verilən məvaciblər artıq bank kartları vasitəsilə ödəniləcək.

Nov 3, 2025 - 13:58
Azərbaycanda əsgərlərə bank kartları paylanır - Maaşla bağlı yenilik

SAVASHMEDİA.az xəbər verir ki, bu məqsədlə xüsusi "əsgər kartları" hazırlanıb və onların hərbi qulluqçulara paylanmasına başlanılıb.

Məsələ ilə bağlı danışan hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirib ki, bu yenilik orduda şəffaflığın artırılmasına xidmət edir:

"Əvvəllər əsgərlərə maaş cədvəllə verilirdi və onlar qol çəkib alırdılar. İndi isə bu proses "əsgər kartı" ilə həyata keçiriləcək. Bu sistem həm şəffaflığı təmin edəcək, həm də rüşvət və sui-istifadə hallarının qarşısını müəyyən qədər alacaq."

Yeni sistemin yaxın vaxtlarda bütün hərbi hissələrdə tam tətbiq ediləcəyi gözlənilir.

Oğuz