Azərbaycanda iki tələbənin MEYİTİ TAPILDI - Onlara nə olub?

Naxçıvanda iki tələbə dəm qazından zəhərlənərək ölüb.

Jan 15, 2026 - 00:06
Azərbaycanda iki tələbənin MEYİTİ TAPILDI - Onlara nə olub?

SAVASHMEDİA.az xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi, 61 ünvanında qeydə alınıb.

Məlumata görə, vəfat edən Ahmet və Büşra adlı tələbələr Türkiyə vətəndaşlarıdır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.