Azərbaycanda qadınların pensiya yaşı artırılır - 2025-ci ildən belə olacaq
Azərbaycanda 2025-ci il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub.
SAVASHMEDİA.az-ın xəbərinə görə, 1 iyul 2023 - 30 iyun 2024-cü il tarixində kişilərin pensiya yaşı 65, qadınların isə 63 il 6 ay olub.
“Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi isə 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Beləliklə, 1 iyul 2024 - 30 iyun 2025-ci il tarixində kişilərin pensiya yaşı dəyişməz qalaraq 65 il, qadınların pensiya yaşı isə 6 ay artırılaraq 64 il olacaq.
Xatırladaq ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə, əsasən, Pensiya yaşına çatmış şəxsin fərdi hesabında sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğinə imkan verdikdə, sığorta stajından asılı olmayaraq yaşa görə əmək pensiyası hüququ yaranır. Əgər bu təminat mümkün olmazsa, şəxsin azı 25 il sığorta stajı olduqda yaşa görə pensiya hüququ əldə edilir.