Azərbaycanda rus məktəbləri bağlanır? - Nazirlikdən AÇIQLAMA

Elm və Təhsil Nazirliyi sosial şəbəkələrdə rus dilində tədrislə bağlı məlumatlara münasibət bildirib.

Jul 2, 2025 - 14:53
Azərbaycanda rus məktəbləri bağlanır? - Nazirlikdən AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, nazirlikdən oxu24.com-un  sorğusuna cavab olaraq bildirilib ki, bu cür xəbərləri yayarkən dövlətin təhsil siyasətinə dair qərarlarla bağlı yalnız rəsmi mənbələrə istinad etmək lazımdır.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi media orqanlarında orta və ali təhsil müəssisələrində rus dilində tədrisin dayandırılmasına dair “rəsmi bildiriş” yayımlanır.