Azərbaycanda toy yasa döndü, iki bacı öldü - FACİƏNİN VİDEOSU

Biləsuvarda ölümlə nəticələnən yol qəzasının bəzi təfərrüatı məlum olub.

Dec 27, 2025 - 19:38
Azərbaycanda toy yasa döndü, iki bacı öldü - FACİƏNİN VİDEOSU

SAVASHMEDİA.az xəbər verir ki, qəzada ölənlər iki bacı olublar. Onlar digər sərnişinlərlə əmisi oğlanlarının nişan mərasiminə gedirmişlər.

TƏBİB-dən verilən məlumata görə, bu gün saat 17 radələrində Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (qadın) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Aytən