Azərbaycanı silkələyən zəlzələ dənizdə olub - 5,7 bal  

Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.

Aug 27, 2025 - 00:59
Azərbaycanı silkələyən zəlzələ dənizdə olub - 5,7 bal  

SAVASHMEDİA.az bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) istinadən xəbər verir.

Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:33-də Dərbənddən (Rusiya) 50 km şimal-şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Zəlzələ Azərbaycanın bir sıra şəhər və rayonlarında da hiss edilib.