Azərbaycanlı idmançı Serbiyada öldü - 7-ci mərtəbədən yıxılıb
Lənkəran şəhər sakini Serbiyada faciəli şəkildə ölüb.
1998-ci il təvəllüdlü Həsən Mənsubov işləmək məqsədilə adıçəkilən ölkəyə gedib.
O, bir neçə gün əvvəl, yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılıb. Ağır bədən xəsarətləri alan H.Mənsubov dərhal xəstəxanaya yerləşdirilib və komaya düşüb. Dörd gün komada qalan gəncin həyatını xilas etmək mümkün olmayıb və o, aldığı xəsarətlərdən vəfat edib.
Bildirilir ki, mərhumun meyiti bu gün Lənkərana gətirilərək dəfn olunacaq.
Qeyd edək ki, Həsən Mənsubov bodibildinq ilə məşğul olub. (teleqraf)
Həsən Mənsubov