Azərbaycanlı iş adamının meyiti Sverdlovskda meşədə tapıldı - Qatili dostu imiş 

Oktyabrın 24-də Sverdlovsk vilayətində itkin düşən azərbaycanlı iş adamı 49 yaşlı İlqar Xanədanovun meyiti tapılıb.

Oct 30, 2025 - 18:13
Azərbaycanlı iş adamının meyiti Sverdlovskda meşədə tapıldı - Qatili dostu imiş 

SAVASHMEDİA.az-ın xəbərinə görə, qatilin Sverdlovsk vilayətinin Zareçnı şəhərindəki restoranların birində aşpaz kimi çalışan şəxs olduğu müəyyənləşib. 

İstintaqın məlumatına görə, oktyabrın 25-də qatil dostu İlqarla köhnə maliyyə məsələlərinə görə mübahisə edib. Hər ikisi sərxoş olub və söhbət qızışıb. Nəticədə müttəhim əlindəki balta ilə dostunun başına zərbə endirərək onu öldürüb. Daha sonra o, izləri itirmək məqsədilə dostunun meyitini magistral yolun kənarında gizlədib.

Polis və çoxsaylı könüllülər itkin düşən 49 yaşlı iş adamını axtarıblar. Onun qalıqları oktyabrın 30-da aşkar edilib.

Regional polis idarəsinin rəsmi sözçüsü Valeri Qorelixin sözlərinə görə, şübhəli əvvəlcə günahını inkar etsə də, sorğu zamanı hər şeyi etiraf edib və qətlin təfərrüatlarını danışarkən ağlayıb.

Səlcuq