“Azərenerji” prezidentinə şiddətli töhmət elan edildi – SƏBƏB
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib.
SAVASHMEDİA.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.
Sərəncamla 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.
Oğuz