Bakıda iki gün tozlu hava olacaq
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
SAVASHMEDİA.az xəbər verir ki, hazırda havada tozun miqdarı normadan 1.3-1.4 dəfə artıqdır.
Toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, şimal-şərq küləkləri vasitəsilə Xəzər dənizi üzərindən cənub istiqamətli hava axını ilə ölkə ərazisinə daxil olur.
Bu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.