Bakıda lombarda silahlı basqının ANBAAN VİDEOsu

Bakının Nəsimi rayonu ərazisində yerləşən lombardların birində quldurluq hadisəsi qeydə alınıb.

Mar 22, 2025 - 13:00
Bakıda lombarda silahlı basqının ANBAAN VİDEOsu

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, şəxsiyyətini gizlətmək üçün maska ilə kamuflyaj olunan naməlum şəxs odlu silaha oxşar əşya ilə obyektə daxil olaraq pul tələb edib. Orada çalışan iki qadın işçini pulu verməyəcəkləri təqdirdə ölümlə hədələyib. 

Fotoda Savalan Balabəyli

Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlərilə cinayət əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı Savalan Balabəyli müəyyən olunaraq saxlanılıb.

Quldurluq hadisəsi obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.